Stereotiplərin əksinə olaraq, milyarderlərin xanımlarının heç də hamısı zəngin sosial həyat sürmür və kameralar qarşısında öyünmür. Buna baxmayaraq, ömür-günlərini planetin ən zəngin kişiləri ilə bölüşənləri görmək maraqlıdır.
Hafta.az-ın bu məqaləsində bəzi məşhur iş adamlarının həyat yoldaşlarının nə işlə məşğul olduqlarını bildirməyə çalışacağıq:

Mark Zukerberq və Priskilla Çan
Onlar 12 ildən çoxdur ki, evlidirlər. Mark Zukerberqin sərvəti hazırda 65 milyard dollar qiymətləndirilir. Markın 41 yaşı var və həyat yoldaşı Priskilla Çanla həmyaşıddır. Cütlük 2000-ci illərin əvvəllərində Harvard Universitetində tanış olub. Zukerberq universiteti bitirmədən biznesə girişib və öz startap layihəsini - məşhur Facebook sosial şəbəkəsini yaradıb. Priskilla isə biologiya üzrə təhsil alıb və ərindən fərqli olaraq 2007-ci ildə universiteti bitirib. Zukerberq və Çan 2012-ci ildə evləniblər. Bu gün Priskilla ailənin birgə xeyriyyə fondunu idarə edir.
Cütlüyün üç qızı var.

Ceff Bezos və Lauren Sançez
Amazondan əlavə, Ceff Bezos “Huffington Post” nəşriyyatının və Blue Origin kosmik şirkətinin sahibidir. Bezos 26 il həyat yoldaşı Makkenzi Tuttlla birlikdə yaşayıb və ona “Amazon”u yaratmağa və inkişaf etdirməyə kömək edib. 2019-cu ildə boşandıqdan sonra Makkenzi keçmiş ərinin səhmlərinin 4 faizni aldı və Bloomberg Billionaires Index-in ən zəngin insanların reytinqində 23-cü yerə yüksəldi. Biznesmenin özü 2003-cü ildə sevgilisi Lauren Sançezlə nişanlanıb və toyun yaxın vaxtlarda baş tutacağı gözlənilir.

Bernard Arnault və Helen Merkier Arnault
Bernard Arnault Louis Vuitton Moet Hennessy şirkətlər qrupunun prezidentidir. Bernardın 75 yaşı var. Həyat yoldaşı Helen Merkier Arnault ondan 10 yaş kiçikdir. 1991-ci ildə evləniblər və Helen üç oğul övladı dünyaya gətirdi, lakin o, işini tərk etmədi. Helen Kanadanın Kvebek şəhərində anadan olub, tanınmış pianoçudur. İndi də dünyanın ən varlı adamlarından birinin xanımı olaraq ifasını davam etdirir. Qadın deyir: “Ərim məni heç vaxt işimi tərk etməyə inandırmadı”.

Bill Qeyts və Paula Heard
Microsoft-un yaradıcılarından olan Bill Qeytsin sərvəti təxminən 99 milyard dollar qiymətləndirilir. 1994-cü ildə o, şirkətinin əməkdaşı Melinda Frençlə ailə qurub. Bu evlilikdən üç övladı dünyaya gəlib. 2021-ci ildə onlar iş adamının xəyanətinə görə boşandıqlarını elan ediblər. İki il sonra Qeytsin Paula Heardla romantik münasibəti üzə çıxıb. Paula proqram təminatı şirkəti Oracle-ın baş direktorunun dul arvadıdır.

Larri Peyc və Lusinda Soutvort
Larri Peyc, Google axtarış sisteminin yaradıcısı və həmtəsisçisidir, 2007-ci ildə evlənib. Həyat yoldaşı Lusinda Soutvort, Stenford Universitetində tibbdən dərs deyir. Cütlük iki övladı ilə Kaliforniyada malikanədə yaşayır.

Stiv Balmer və Konni Snayder
Stiv Balmer Microsoftun baş direktorudur, baxmayaraq ki, onun adı Bill Qeyts qədər məşhur deyil. Şəxsi həyatında hər şey qaydasındadır - milyarder 1990-cı ildə şirkət işçisi Konni Snayderlə ailə qurub. Cütlüyün üç övladı var.

Uorren Baffet və Astrid Manks
2019-cu ilin yanvar ayında Uorren Baffetin sərvəti 84,9 milyard dollar olaraq qiymətləndirilib. İnvestor Uorren Baffetin hazırda 94, həyat yoldaşı Astrid Menksin isə 79 yaşı var və Latviyada anadan olub. 2006-cı ildə evləniblər və çox təvazökar həyat sürürlər: ucuz restoranlarda yemək yeyir, supermarketlərə gedirlər. Manks evdar qadındır. Deyilənə görə, gələcək əri toydan əvvəl ona üzük alanda, o, şirkətində işçilərə təklif olunan endirimdən yararlanıb. Təəccüblü deyil ki, işgüzar dairələrdə Baffet hesablama adlanır.

İlon Maks ...
Dünyanın ən varlı adamı İlon Maskın şəxsi həyatı hazırda tam xaos içindədir. Onun rəfiqələri arasında aktrisa Ember Heard, ekssentrik müğənni Qrayms və hətta Kemeron Diaz da var. Hazırda media onu jurnalist Teylor Laurenslə əlaqələndirir, lakin Mask əlaqəni təsdiqləməyib.